Qılıncbalığını quyruğundan tutub sahilə çıxardı - Cərimələndi

Qılıncbalığını quyruğundan tutub sahilə çıxardı - Cərimələndi
DÜNYA
17:50 19.07.2026
854
Türkiyənin Marmaris rayonunda çimərlikdə bir nəfər suda üzən qılıncbalığını görərək onu quyruğundan tutub sahilə çıxarıb.

AZXEBER COM xəbər verir ki, həmin anlar ətrafdakı digər vətəndaşlar tərəfindən mobil telefon vasitəsilə lentə alınıb.

Görüntülər yayıldıqdan sonra Sahil Mühafizə Xidmətinin və Kənd Təsərrüfatı Nazirliyinin yerli idarəsinin əməkdaşları balığı quruya çıxaran şəxsin kimliyini müəyyən ediblər.

Həmin şəxs barəsində həvəskar balıq ovu qaydalarını pozduğuna görə inzibati cərimə tətbiq olunub.
 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR