Qız atası olan Vasif Məhərrəmli yenə evlənir: Xoşbəxt olmaq istəyirəm

MAQAZİN
16:01 06.12.2012
2634
"Onların varlığı mənim üçün hər şeydən önəmlidir". Milli.Az-a açıqlama verən Vasif Məhərrəmli şəxsi həyatı barədə danışıb, ürəyini bu sözlərlə boşaltdı: “Başa düşürəm, maqazin dünyasının sakinlərindən biri kimi mənim də şəxsi həyatım jurnalistlər üçün maraqlıdır.Detallarını açıqlamaq istəmirəm, sadəcə, bilin ki, inşallah, evlənəcəyim təqdirdə təmtəraqlı toy etmək kimi bir niyyətim yoxdur. Təkliyi də sevmirəm və özümü tək də hiss etmirəm. Həyatımda anam qədər dəstək olan bacım və dünya boyda sevinc bəxş edən qızım Əfşanın olması mənə stimul verir.Onların varlığı mənim üçün hər şeydən önəmlidir. Düzdür, mən də bəzi ailələrdə “ögey ana” sindromunun yaşandığını danmıram. Həyat yoldaşım qızıma ögey ana olmayacaq. Çünki bacım onu çoxdan öz övladı kimi qəbul edib.İstəyirəm ki, ömrümün sonuna qədər yaşayacağım xanım məni Vasif Məhərrəmli kimi yox, Vasif kimi qəbul eləsin. Dünya malına görə həyatımın yoldaşı olmasın. Allaha belə bir qadını qarşıma çıxarması üçün dua edirəm”.Söhbətimiz zamanı müğənni gələcək həyat yoldaşını mediadan uzaq tutmayacağına söz verdi: “Sözün həqiqi mənasında ailəmin bütünləşməsi üçün evlənmək istədiyimi xatırladıb, özümü nümunəvi ər kimi təqdim etmək niyyətim yoxdur.Evləndikdən sonra, təbii ki, həyat yoldaşım mənimlə dostlarımın xoş günlərinə, özəl dəvət olduğum tədbirlərə gedəcək. Evdə dustaq həyatı yaşatdırmayacağam ki? Ola bilər ki, jurnalistlər bizi haradasa birlikdə də görüntüləyə bilərlər.Müsahibə verməyinə qarşı çıxa bilərəm. Lakin birlikdə görüntülənməyimizi heç zaman əngəlləmərəm. Tam səmimi etiraf edəcəyəm: xoşbəxt olmaq istəyirəm”.

OXŞAR XƏBƏRLƏR