Qızı zorlanan atadan cavab gəldi: '1 inək, 5 qoyun ver səni bağışlayım'
MARAQLI
15:13 24.09.2012
3527
Öz qohumu tərəfindən təcavüzə məruz qalan 13 yaşlı qızın atası 1 inək, 5 qoyun qarşılığında təcavüzkarı bağışlayıb. Türkiyənin Ərzurum şəhərində 13 yaşlı qız 15 yaşlı qohumu tərəfindən təcavüzə məruz qalıb. Huşşuz vəziyyətdə tapılan qızın ailəsi hadisədən xəbərdar olduqdan sonra öz qohumlarının evinə hücum edib. Qızın atası öz qohumlarını 15 yaşlı təcavüzkarı öldürməkdə hədələyib. Daha sonra 15 yaşlı təcavüzkarın atası qızın atasını razı salmaq üçün ona barışmaq təklif edib. Ata isə “barışaram, amma əvəzini istəyirəm” deyərək qan tökməyəcəyinə söz verib. Oğlanın atası təcavüzkarın bağışlanmağına görə, qızın atasına 1 inək, 5 qoyun, torpaq sahəsi və qızla oğlanın evlənməyini təklif edib. Bununla da razılaşmayan ata mənim “Qızımın namusu ləkələnib. Məndə onun yerinə sizin qızı istəyirəm” deyərək 1 inək, 5 qoyun, torpaq sahəsi və 15 yaşlı qızı öz oğluna alaraq barışıq etməyə razılaşıb. Kənddə baş verən dəhşətli hadisədən xəbər tutan polis13 yaşlı qıza təcavüz edən 15 yaşlı D.Fatihi həbs edib. Cinsi istismarda ittiham olunan 15 yaşlı Fatih ittihamları qəbul edərək öz əməlini etiraf edib. 13 yaşlı qız isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi başlanıb və aparşdırma aparılır. //Teleqraf.com