Gənc qızların sevimlisi olan Justin Bieberin pərəstişkarlarını şoka salacaq görüntüləri yayımlanıb. AZXEBER.COM-un Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, həmin görüntülərdə 18 yaşlı məşhur müğənninin ağızı, burnu qanlar içərisindədir. Ancaq müğənnini bu halda görənlər şoka düşməsinlər. Çünki həmin görüntülərin bir jurnalın çəkilişi üçün olduğu bildirilib.
“Complex” jurnalın üçün çəkilən şəkillərdə gənc müğənni boks rinqində bir adama döyülür. Qeyd edək ki, müğənninin bu görüntülərinin altında Tonny Kelly imzası var. Ozal İbrahimli