Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Bedburq-Hau qəsəbəsindəki qocalar evində baş verən yanğın olub.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, faciəvi hadisə nəticəsində 4 nəfər ölüb, 23 nəfər yaralanıb.
Polisin verdiyi açıqlamaya görə, 13 min əhalisi olan Bedburq-Hau qəsəbəsindəki qocalar evində yerli vaxtla saat 03:50-də yanğın baş verib.
Hadisə yerinə gələn və söndürməyə başlayan yanğınsöndürənlərdən biri xəsarət alaraq xəstəxanaya çatdırılıb.
Qocalar evindən 46 nəfər qruplar tərəfindən təxliyə edilib.
Yanğın böyük ölçüdə söndürülüb, baş vermə səbəbləri ilə bağlı araşdırmalar davam edir.
Mikayıl