Qonşusuna 73 bıçaq zərbəsi vuran şəxsə cəza verildi

Qonşusuna 73 bıçaq zərbəsi vuran şəxsə cəza verildi
KRİMİNAL
17:32 23.10.2013
2372

Bakı Ağır Cinayətlər Məhkəməsində Xətai rayon sakini Cəfər Cəfərovun məhkəməsi başa çatıb.

AZXEBER.COM-un məlumatına görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə Cəfər Cəfərov 14 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, bu ilin aprelin 4-də C.Cəfərov keçmiş qonşusu Tahir Əkbərova 73 bıçaq zərbəsi vuraraq qətlə yetirib. Bir müddət Rusiyada yaşayan Cəfər Cəfərov sonra vətənə qayıdaraq Buzovna qəsəbəsində yaşamağa başlayıb. Aprelin 4-ü Cəfər dükanların birində keçmiş qonşusu Tahir Əkbərovla rastlaşıb. Araq alan qonşular Cəfərin evinə gediblər. İçki məclisi sonda qanla nəticələnib. Sərxoşluqdan özündə olmayan Cəfər Cəfərov keçmiş qonşusunu nə üstə qətlə yetirdiyini xatırlamadığını bildirib.

 

OXŞAR XƏBƏRLƏR