Qoyunlar mağazaya hücum etdi

MARAQLI
15:58 25.09.2012
2392
Avstriyanın Tirol bölgəsində maraqlı hadisə baş verib. İdman malları mağazası gözlənilmədən qoyunla dolub. Belə ki, mağazanın yanından keçən qoyun sürüsünün önündə gedən qoyunlardan biri mağazaya girən kimi, digər qoyunlar da, adəti üzrə, onun arxasınca gedib. Baş verənlərə əvvəlcə təəccüblənən sakinlər sonradan qəhqəhəyə boğulub. Mağazanın sahibi bir anda qarşılarında 80 qoyun görəndə heç nə edə bilmədiklərini, xoşbəxtlikdən, mağazaya ziyan dəymədiyini deyib.
OXŞAR XƏBƏRLƏR