"Qrizmannı transfer etmək asan olmadı" - "Barselona" prezidenti

"Qrizmannı transfer etmək asan olmadı" - "Barselona" prezidenti
İDMAN
21:15 15.07.2019
6356
"Barselona"nın prezidenti Xosep Maria Bartomeu yeni transfer Antuan Qrizmannla bağlı açıqlama verib.
 
AZXEBER.COM goal.az-a istinadən xəbər verir ki, klub rəhbəri, fransalı futbolçunu transfer etməyin çətin olduğunu bildirib:

"Qrizmannla müqavilə imzalamaq asan olmadı. Hazırda hər şeydən çox məmnunuq. Belə bir qərar üçün ona təşəkkür edirik. Biz onunla danışıqlara may ayından başladıq. Mart və ya aprel ayında heç bir danışığımız olmamışdı. "Atletiko"nun bəyanatına gəlincə, mən onlarla danışdım. Başa düşürəm ki, onlar öz maraqlarını qoruyurlar, amma bu vəziyyətin onlara müsbət təsir edəcəyinə inanmıram".

"Barselona" Qrizmannın transferini açıqladıqdan sonra "Atletiko" bəyanat yayaraq, fransalı hücumçu ilə müqavilənin bəndinə əsasən, iyulun 1-nə kimi onun təzminat qiymətinin 120 yox, 200 milyon avro olduğunu bildirib. "Barselona" 200 milyon ödəyərək, 28 yaşlı oyunçunu heyətə qatıb.
OXŞAR XƏBƏRLƏR