31 dekabr – 1 yanvar tarixlərində Quba Palace Hotel Yeni il münasibətilə qonaqları üçün geniş və rəngarəng şou proqram təqdim edəcək.
AZXEBER.COM xəbər verir ki, bayram gecələrində tanınmış sənətçilərin çıxışları, qala şam yeməyi, uşaqlar üçün əyləncə proqramı və müxtəlif sürprizlər nəzərdə tutulub.
31 dekabr – Yeni İl gecəsi Azərbaycanın Xalq artisti Eyyub Yaqubovun konsert proqramı ilə keçiriləcək. Gecədə həmçinin müğənni Məryəm Şabanova və Show N1 rəqs qrupu səhnə alaraq bayram gecəsinə xüsusi rəng qatacaq.
Yeni ilin ilk günü isə Əməkdar artist Ədalət Şükürovun ifaları ilə davam edəcək. Sevilən hitlərdən ibarət proqram qonaqlara bayram əhval-ruhiyyəsi yaşadacaq.
Yeni İl gecəsi çərçivəsində qonaqlar üçün zəngin qala şam yeməyi təşkil olunacaq. Xüsusi menyu ilə təqdim edilən şam yeməyində milli və dünya mətbəxinin seçmə təamları yer alacaq. Peşəkar xidmət və bayrama uyğun dekorasiya gecənin ab-havasını daha da zənginləşdirəcək.
Ailəvi istirahət üçün nəzərdə tutulmuş proqramda uşaqlar üçün xüsusi əyləncə proqramı da hazırlanıb. Balaca qonaqlar animatorlar, oyunlar, müsabiqələr, Şaxta baba və nağıl personajlarının iştirakı ilə təşkil olunacaq əyləncələrdə iştirak edəcəklər.
Quba Palace Hotel-də əyləncə bununla bitmir. Bayram proqramı sonrakı günlərdə də davam edəcək.
Belə ki, 2 yanvar tarixində Azərbaycanın Xalq artisti, səhnəmizin "Karmeni” kimi tanınan Fidan Hacıyeva möhtəşəm konsert proqramı ilə qonaqların qarşısına çıxacaq.
3 yanvar tarixində isə səhnədə enerjili ifaları ilə tanınan "Şeron” qrupu çıxış edəcək.
Şou proqram boyunca qonaqları həmçinin:
bir-birindən qiymətli hədiyyələr,
maraqlı sürprizlər,
rəqs və interaktiv əyləncələr,
Əyləncə komandasının xüsusi çıxışları gözləyir.
Qeyd edək ki, Quba Palace Hotel hər il olduğu kimi bu il də Yeni ili ailəvi, komfortlu və yüksək səviyyədə qeyd etmək istəyən qonaqlar üçün zəngin və çoxgünlük proqram hazırlayıb.
Ətraflı məlumat və rezervasiya üçün əlaqə nömrələri:
(012) 404 34 34
(099) 255 00 55
Yeniliklər və proqramla bağlı məlumatları hotelin sosial şəbəkə səhifələrindən də izləmək mümkündür:










































