Quldurlar altı kəndə hücum etdilər: 53 sakin qətlə yetirildi

Quldurlar altı kəndə hücum etdilər: 53 sakin qətlə yetirildi
SOSİAL
10:14 13.06.2021
446
Nigeriyanın şimal-qərbindəki Zamfara ştatında mal-qara oğruları altı kənddə 53 sakini öldürüblər.

AZXEBER.COM APA-ya istinadən bildirir ki, bunu ştat polisinin nümayəndəsi Məhəmməd Şehu bildirib.

"Zurmi rayonunda altı kənd keçən cümə axşamı və cümə günü cinayətkar dəstə tərəfindən hücuma məruz qalıb və nəticədə 53 əkinçi öldürülüb. Zurmiyə əlavə polis qüvvələri göndərilib", - deyə yerli "Vanguard" qəzeti ondan sitat gətirib.

Şehunun sözlərinə görə, motosikllərlə hərəkət edən cinayətkarlar mal-qara oğurluğu ilə məşğul olurlar.
 
Ardıcıl ikinci ildir Nigeriyada silahlı dəstələrin mülki şəxslərə qarşı hücumlarının sayında ciddi artım müşahidə olunur. Cinayətkarlar insanları öldürür, pul qarşılığında girov götürür, mal-qara oğurlayır, sakinləri qorxudur, pul tələb edirlər. Rəsmi qurumlar geniş yayılmış cinayətin öhdəsindən gəlmək üçün xüsusi polis və ordu bölmələrindən istifadə etmək məcburiyyətində qalır.
OXŞAR XƏBƏRLƏR