Qumral illər sonra qayınanası ilə barışdı

Qumral illər sonra qayınanası ilə barışdı
MAQAZİN
12:26 22.10.2025
150
Müğənni Qumral illərdir küsülü olduğu qayınanası ilə barışıb.
 
AZXEBER.COM xəbər verir ki, barışıq "Rəngarəng" verilişində baş tutub.
 
Canlı yayıma telefon bağlantısı ilə qoşulan Tükəzban xanım oğlu və gəlininin 19-cu evlilik ildönümünü təbrik edib:
 
"Bir ana kimi onları təbrik edirəm. Hər zaman birlikdə olsunlar. Mən başqa nə istəyə bilərəm? Biz küsülü deyilik, həmişə zəngləşirik. Allah onları xoşbəxt etsin".
 
Qayınanasının sözlərindən sonra Qumral göz yaşlarını saxlaya bilməyib.

Aysel
OXŞAR XƏBƏRLƏR