Rəşad Məcid: “Ölkənin təbliğ olunmasında mədəniyyətin, incəsənətin, ədəbiyyatın önə çəkilməsi çox vacibdir”

MARAQLI
08:57 14.04.2011
1800

Bu barədə açıqlamasında “525-ci qəzet”in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. O bildirib ki, Azərbaycan mədəniyyəti, incəsənəti, musiqisi doğrudan da çox dərin, baş ucaldan, şərəf duyulası bir xəzinədir. Onun sözlərinə görə, bunun düyaya tanıdılması Azərbaycanın çox müsbət imiclərlə yadda qalmasına xidmət edir: “Ümumiyyətlə, ölkənin təbliğ olunmasında mədəniyyətin, incəsənətin, ədəbiyyatın önə çəkilməsi çox vacibdir. Çünki bu, insanlara daha uzunömürlü, yaddaqalan təsir göstərir. Bizim də qürurlanmalı mədəniyyətimiz, incəsənətimiz, musiqimiz və ədəbiyyatımız var”.

R.Məcid qeyd edib ki, ilk dəfə Azərbaycana gələn, ölkə haqqında təsəvvürü olmayan insanlar ilk növbədə onu bir islam, Şərq, mühafizəkar bir ölkə kimi görürlər: “Ancaq gəldikləri zaman burada musiqinin hansı vəziyyətdə olması, Şərqdə ilk operanın Azərbaycanda yaranması, professional musiqinin beşiyinin Azərbaycan olması onları heyrətləndirir. Bu baxımdan mədəniyyətimizin, incəsənətimizin, ədəbiyyatımızın təbliği hər zaman lazımdır. Bu kimi tədbirlər Azərbaycanın dünyaya açılmasına, dünyanın Azərbaycanı dərk etməsinə böyük imkan yaradır”.

/// SIA

 

OXŞAR XƏBƏRLƏR