Rafael Ağayev Avropa Oyunlarında finala yüksəlib - YENİLƏNİB

Rafael Ağayev Avropa Oyunlarında finala yüksəlib - YENİLƏNİB
İDMAN
17:55 30.06.2019
5798

Azərbaycan karateçisi Rafael Ağayev "Minsk 2019" II Avropa Oyunlarında finala yüksəlib.

 75 kq çəki dərəcəsindəki titullu idmançı yarımfinalda rusiyalı Pavel Artamanova qalib gəlib. Ağayev finalda Stanislav Horuna (Ukrayna) ilə üz-üzə gələcək.

xxx

16:07

Karate üzrə Azərbaycan milli komandasının lideri Rafael Ağayev Belarusun paytaxtı Minskdə keçirilən II Avropa Oyunlarında mübarizəyə qoşulub.

75 kiloqram çəki dərəcəsində çıxış edən karateçimiz B qrupunda qüvvəsini sınayıb. Co Kellaveyi (Böyük Britaniya) 3:2, Erman Eltemuru (Türkiyə) 1:0 hesabı ilə məğlub edən idmançımız Qabor Harspatakinin (Macarıstan) müqavimətini qıra bilməyib – 0:0.

Qrup qalibi kimi yarımfinala vəsiqə qazanan R.Ağayev Avropa Oyunlarının mükafatını təmin edib. O, finala vəsiqə uğrunda döyüşünü Bakı vaxtı ilə saat 17:20-də keçirəcək. Karateçimizin rəqibi estoniyalı Pavel Artamonov olacaq.

Qeyd edək ki, karate yığmamızın bu gün tatamiyə çıxan üzvlərindən Firdovsi Fərzəliyev (60 kiloqram) yarımfinala yüksəlib, Nuranə Əliyeva (50 kiloqram) və Rafiz Həsənov (67 kiloqram) mübarizəni dayandırıb. 

 

Unikal.org


OXŞAR XƏBƏRLƏR