Rafael Fiziyev Rio-de-Janeyroda növbəti döyüşünü keçirəcək

Rafael Fiziyev Rio-de-Janeyroda növbəti döyüşünü keçirəcək
İDMAN
23:47 07.08.2025
242
Rafael Fiziyev növbəti döyüşünü braziliyalı Çarlz Oliveyraya qarşı keçirəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə UFC-nin Mətbuat Xidməti məlumat yayıb.

Fiziyev rəqibi ilə Rio-de-Janeyroda keçiriləcək "UFC Fight Night" turnirində üz-üzə gələcək.

Tərəflər arasında görüş turnirin əsas hadisəsi olacaq.

Turnir oktyabrın 11-də baş tutacaq.
OXŞAR XƏBƏRLƏR