Ramil Usubov Lənkəranda 25 vətəndaşın məsələsini həll etdi

MARAQLI
08:40 24.04.2011
1843

AZXEBER.COM DIN-in rəsmi saytına istinadən xəbər verir ki, həmin gün Şəhər-Rayon Polis Şöbəsində Lənkəran, Masallı və Cəlilabad rayonlarının bir qrup sakinini qəbul edən nazir onların müraciətlərini dinləmiş, qaldırılan məsələlərin dərhal, operativ şəkildə həll edilməsi üçün aidiyyatı üzrə Baş İdarə və xidmət rəislərinə konkret tapşırıqlar verib.

Həmin gün qəbul edilən 25 vətəndaşın polisin fəaliyyəti ilə bağlı müraciətlərinin böyük əksəriyyəti yerindəcə öz həllini tapıb. 

General-polkovnik Ramil Usubov qalan ərizə və şikayətlərin də qüvvədə olan qanunvericilik çərçivəsində obyektiv araşdırılacağını və bu istiqamətdə müvafiq tədbirlərin görüləcəyini vurğulayıb.

 

OXŞAR XƏBƏRLƏR