Ramiz Əzizbəyli xəstəxanaya aparıldı

SOSİAL
10:33 14.04.2016
1400
Həkimlər xalq artisti, tanınmış aktyor Ramiz Əzizbəylinin yenidən xəstəxana şəraitində müalicəsinə qərar veriblər.
AZXEBER.COM  xəbər verir ki, bu barədə publika.az-a aktyorun həyat yoldaşı Zümrüd Əzizbəyli məlumat verib: "İnsult xəstəliyi gec sağalan xəstəlikdir. Ramiz ev şəraitində müalicə olunurdu, amma həkimlər irəliləyişin olmadığını görüb yenidən xəstəxana şəraitində müalicəsinə qərar verdilər. On gündür ki, Ramiz Tusi adına Klinikada müalicə alır. Bu müalicə bir ay davam edəcək. Hər gün onu xəstəxanaya aparıb-gətiririk. Çətin yeridiyi üçün Ramizə idman terapiyası da təyin olunub. Nitqində qüsurlar aradan qalxmayıb, bu istiqamətdə də müalicəsi davam edir".

OXŞAR XƏBƏRLƏR