Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”

Raquf Orucovun həyat yoldaşı: “Azərbaycan ordusu yeni tarix yazır”
SİYASƏT
14:04 29.09.2020
1482

"Hər birimizin arzusu budur ki, əzizlərimizin uğrunda can verdikləri torpaqlarımızı azad görək. İllərdir şəhid ailələrinin bir gözü ağlayır, bir gözü gülür".

Bu sözləri Oxu.Az-a açıqlamasında 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatlara cavab olaraq Azərbaycan Ordusunun əks-hücuma keçərək işğaldan azad etdiyi kəndlərlə bağlı təəssuratlarını bölüşərkən deyib.

O bildirib ki, hər bir şəhid ailəsinin arzusu Azərbaycanı azad, bütöv görməkdir:

"Bu gün Azərbaycanın igid oğulları tarix yazırlar. Bu artıq vətən uğrunda müharibədir. Hamımız bu tarixi günlərin şahidiyik. Azərbaycanın işğal altında olan torpaqlarının düşmənlərdən azad olunması istiqamətində hər birimiz bir nəfər kimi birlikdəyik. Biz əminik ki, bu qələbə ilə bitəcək. Xalq olaraq illərdir bu günü gözləyirik və zəfər bizim haqqımızdır.

Neçə ildir biz beynəlxalq təşkilatların bu məsələni sülh yolu ilə həll edəcəyini gözləyirik. Lakin mümkün deyil, bunun bir daha şahidi olduq. Böyükdən-kiçiyə torpaqlarımız uğrunda müharibəni bir nəfər kimi qəbul edirik. Vətənsiz insan olmaz”.

S.Orucova onu da əlavə edib ki, hər kəs bir nəfər kimi əlindən gələni vətənindən əsigəməməlidir:

"Hər kəs öz bacarığı ilə Ordumuza dəstək olmalıdır. Döyüş varsa, müharibə varsa şəhidlərimiz olacaq, bu qaçınılmazdır. Amma biz şəhidlərimizi layiqincə qarşılayıb dəfn etməliyik. Şəhid ailələrini bağrımıza basmalıyıq. Xalq olaraq xəyal etdiyimiz gələcək, bütöv Azərbaycanın təməlini qoyanlar bu igidlərimiz olacaq. Onlar zəfər şəhidləridir.

Raquf Orucovun ailəsi kimi mən dörd ildir onun qisasının alınmasını gözləyirdim. Ötən gün Murov dağı silsiləsindəki Murov zirvəsinin azad olunmasını eşidib çox sevindim. Raqufu "Murov qartalı” adlandırırdılar. Onun kəşfiyyat həyata keçirdiyi, döyüş yolu keçdiyi Murov zirvəsi artıq bizimdir. İnşallah biz Ağdamın və digər hər qarışı əziz olan, əvəzolunmaz olan torpaqlarımızın hər qarışının azad olunmasının xəbərini alacağıq. Allah Ordumuzu qorusun”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
14:23 29.06.2025
İdman zalında qadağan olunan əşya AÇIQLANDI
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
14:07 29.06.2025
Azərbaycanda leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
13:52 29.06.2025
Rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
13:39 29.06.2025
Yekaterinburqda Ayaz Səfərovun məhkəməsi keçirilir
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
13:21 29.06.2025
Azərbaycan dili fənni üzrə test imtahanı keçirilib
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
12:59 29.06.2025
Naxçıvanda qəsəbə icra nümayəndəsi qəzada ölüb - FOTO
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
12:53 29.06.2025
Millət vəkili: Yekaterinburqdakı hadisə sistemli bir siyasətin təzahürü kimi qiymətləndirilməlidir
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
12:46 29.06.2025
İlham Rəhimov: "Yekaterinburq hadisəsinin obyektiv araşdırılması üçün bütün imkanlarımdan istifadə edəcəyəm"
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
12:42 29.06.2025
"Turan Tovuz" yeni mövsümə hazırlaşmaq üçün Türkiyəyə yollanacaq
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
12:40 29.06.2025
"Rusiya ölkədə kişi tapılmadığı bu vaxta əsl azərbaycanlı kişilərin qayğısına qalmalıdır" - Əli Vəliyev
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
12:38 29.06.2025
“Bu əməliyyatlar da sığortaya salınsın, insanlar ölür” - Əməkdar artist
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
12:34 29.06.2025
Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
12:31 29.06.2025
Lənkəranda istirahət mərkəzin müdiri bıçaqlanıb
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
12:29 29.06.2025
Sabah Azərbaycanın bəzi yerlərində yağış yağacaq, şimşək çaxacaq
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
12:26 29.06.2025
Deputat: Rusiyada baş verən hadisə birbaşa sifarişlə həyata keçirilən prosesdir
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib
12:24 29.06.2025
Politoloq: Azərbaycan və Rusiya arasındakı müttəfiqlik sazişinin üzərindən xətt çəkilib