"Real"dan ayrılmır - qərarını verdi

"Real"dan ayrılmır - qərarını verdi
İDMAN
21:47 13.07.2019
6708
"Real"ın futbolçusu Naço Fernandes komandada qalmağa qərar verib.

AZXEBER.COM qol.az-a istinadən xəbər verir ki, 29 yaşlı müdafiəçi  matçlarda  start heyətdə az oynamağına baxmayaraq, Madrid klubundan ayrılmayacaq. İspan oyunçunun ona dəstək olan baş məşqçi Zinəddin Zidana özünü yaxşı tərəfdən göstərməyə çalışacağı və start heyətdə oynamaq üçün rəqabət aparacağı bildirilib.

Qeyd edək ki, Naço ilə "Sevilya" və "İnter"in maraqlandığı iddia olunur.

OXŞAR XƏBƏRLƏR