'Recep İvedik' Polad Alemdarı belə ələ saldı – VİDEO

MARAQLI
17:52 14.06.2013
3582

Azərbaycan tamaşaçısının “Recep İvedik” kimi tanıdığı aktyor Şahan Gökbakar həmkarı Necati Şaşmaza sataşıb.

AZXEBER.COM xəbər verir ki, o, “Kurtlar Vadisi” serialının Polat Alemdarının “Gezi parkı” aksiyalarından dolayı verdiyi açıqlamasını belə demək mümkünsə ələ salıb.

Ş.Gökbakar P.Alemdarın 8 dəqiqəlik çıxışı zamanı tez-tez istifadə etdiyi “Türkiyəyə nəzər dəydi” ifadəsi üzərində daha çox dayanıb.

Xatırladaq ki, Necati Şaşmaz ötən gün Türkiyənin Baş naziri Rəcəb Tayyib Erdoğanla görüşündən sonra jurnalistlərə açıqlamasında Taksimdəki “Gezi parkı”ndakı aksiyalara münasibətini bildirərkən “Türkiyəyə nəzər dəydi” deyib. Onun belə bir açıqlama verməsi Türkiyədə təəccüb və ironiya ilə qarşılanıb.

AZXEBER.COM oxuculara Şahan Gökbakarın həmin videosunu təqdim edir.

OXŞAR XƏBƏRLƏR