Reklam yerinə porno film nümayiş etdirdi, nəqliyyatı iflic etdi

MARAQLI
18:52 24.03.2011
3643

AZXEBER.COM xəbər portalının Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, reklam pannosunun kompüter məlumatıarını əldə edərək 20 dəqiqə porno film nümayiş etdirən haker 1 il yarım həbs cəzasına məhkum edilib.

İgor Blinnikov adlı 40 yaşlı haker porno film nümayiş etdirərkən bir çox sürücü azı 20 dəqiqə davam edən filmə baxmaq üçün sürəti azaldıb. Bununla da, paytaxtın həmin hissəsindəki nəqliyyat iflic vəziyyətinə düşüb. Moskvanın ən işlək nöqtələrindən birindəki Serpuhovski tuneli yaxınlığında olan, 9 metrlik ekranda, reklam yerinə porno film göstərilməsi kütləni çaşdırıb.

Blinnikov öz hərəkətini pis bir zarafat adlandıraraq polisə təslim olub. Lakin 1.5 il cəza alan haker daha az cəza gözlədiyini və yenidən məhkəməyə müraciət edəcəyini açıqlayıb.

OXŞAR XƏBƏRLƏR