‘Rembo’nu oğlunu öldürməkdə ittiham etdilər

‘Rembo’nu oğlunu öldürməkdə ittiham etdilər
DÜNYA
10:01 18.07.2012
2076

Silvester Stalloneni oğlunun ölümündə ittiham etdilər

AZXEBER.COM-un məlumatına görə,Stallonenin qohumuEdd Filitiaktyora qarşı sərt ittihamlarla çıxış edib. "Silvestr, oğlunu sən öldürdün! Oğluna nifrət edir, onunla əlaqə saxlamaq, danışmaq istəmirdin. Seyc tənhalıq və qüssədən öldü", - Filiti yazıb. Silvestr Stalonnenin əmisi qızının ailəsi aktyorla bütün əlaqələri kəsib. Edd Filiti deyir: "O, doğma oğluna tüpürmüşdü. Ailə üzvlərimizdən savayı kimsə bilmirdi ki, Seyc atası üçün nə qədər darıxır. Seycin səbr kasasını daşdıran son damla atasının təmaslardan imtina etməsi idi. O, iyulun 6-da atasına zəng vurub onu ad günü münasibətilə təbrik etmək istəyəndə Stallone dəstəyi qaldırmadı". Filiti sakitləşmək bilmir: "Silvestr, sənə də, arvadın Cenniferə də oğlun gərək deyildi. Siz onu həyatınızdan pozmuşdunuz. İndi bəlkə də utanmırsınız. Amma cəmiyyət sizə arxa çevirəndə görüm, nə deyəcəksiniz. Superulduz olsan da, övladlarına belə münasibət bəsləməməlisən".

OXŞAR XƏBƏRLƏR