Rəqsanənin keçmiş prodüseri jurnalistə hücum etdi - SƏNİ ÖLDÜRƏCƏYİK

MAQAZİN
15:55 27.11.2012
1920

Rəqsanənin keçmiş prodüseri jurnalistə hücum etdi Tanınmış jurnalist Fuad Mədətov ölümlə hədələnir. Bu haqda AZXEBER.COM-a o özü məlumat verib. Jurnalistin dediyinə görə, prodüser Təranə və dostları ona hücum çəkiblər: Təranə redaksiyaya gələrək məhz mənə müsühibə verəcəyini söylədi. Mən də ondan müsahibə almayacağımı dedim və ona təklif etdik ki, ya materialla bağlı yazılı şəkildə cavab ver, biz də olduğu kimi yayımlayaq. Ya da başqa müxbirə müsahibə ver. O isə bununla razılaşmadı. Təranənin yanında gələn Fərid və Faiq azayev qardaşları da bu zaman məni ölümlə təhdid etdilər” Bundan sonra jurnalist məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib, polisdən kömək istəyib. Polislərin gələcəyini eşidəndən sonra onlar redaksiyanı tələsik tərk edbilər. F.Mədətov isə polislərə məsələ ilə bağlı izahat verib.

Jurnalist həmçinin deyib ki, Təranə Səmədova bir neçə dəfə ona zəng edərək təhqir edib, göndərdiyi məlumatları saytda yerləşdirməyəcəyi təqdirdə onu öldürtdürəcəyi ilə hədələyib. Fuad Mədətovun dediyinə görə, təhdidə səbəb “Rəqsanə bu günə qədər danışmadığı gizli faktları açıqladı” başlıqlı müsahibə olub. Yazı aznews.az saytında yayımlanıb. 

OXŞAR XƏBƏRLƏR