Rəqsanənin qızının bu fotoları sizi ‘əsəbləşdirəcək’ - FOTOLAR

MAQAZİN
13:12 26.12.2012
18268

Ötən gecə ailə üzvləri ilə birgə yaxın rəfiqəsinin toyuna qatılan müğənni Rəqsanənin qızı səsi ilə məclis əhlini valeh edib.

 Publika.az-ın məlumatına görə, anasının repertuarından “Tək səninəm” mahnısını səsləndirən Aysun geyimi ilə də göz oxşayıb. Dostları onun səhnəyə yaraşdığını və oxumağını israrla istəsələr də, Aysun İsmayılova müğənni yox, modelyer olmağa qərar verib.

Əynindəki libası sənətçi xanımın qızını fərqləndirib. Öyrəndik ki, özünün əl işi olan bu libası o, bir müddət əvvəl dünyaca məhşur modelin əynində görüb. Amma onaun kimisini dükanlarda axtarsa da, tapa bilməyib. Özü tikməyə qərar verib. Deyir ki, geyimə əlavə olunun qollar öz ideyasıdı.

Müğənni Rəqsanə də qızının oxumağını bəyənsə də, seçimi özünün ixtiyarına buraxıb. “Hansı peşədə özünü mükəmməl görürsə, övladıma dəstək olacam” – deyə o, bildirib.

 

OXŞAR XƏBƏRLƏR