Andryu Britton bal ayı zamanı özünü pis hiss etsə də, həkimə müraciət etməyə tələsməyib. Kişi halsızlığını toyqabağı və toydan sonrakı yorğunluqla əlaqələndirib. Lakin bir neçə gündən sonra Andryu ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Xəstəxanada onun 6 dəfə ürəyi dayanıb. Bir neçə günə 12 kiloqram arıqlayan Andryu uzun müddət süni həyat aparatına qoşulu vəziyyətdə qalıb. Yenicə evlilik həyatına qədəm qoyan Andruyunun həyat yoldaşı missis Britton bir an da olsun ərindən ayrılmayıb.
Həkimlər cütlüyə bildiriblər ki, Andryu Banqkoka 24 saat ərzində çatdırılmazsa, xilas ola bilməyəcək. Miokardit diaqnozu qoyulan kişi hazırda Londonun Harefield xəstəxanasında 8 saatlıq əməliyyatdan sonra özünə gəlir. İndi bütün ailəsi Andryuya yeni donor ürəyi axtarır.//veteninfo