Roma Papası Rusiyanın Milad atəşkəsindən imtina etməsindən məyusluğunu ifadə edib

Roma Papası Rusiyanın Milad atəşkəsindən imtina etməsindən məyusluğunu ifadə edib
DÜNYA
19:29 24.12.2025
108
Roma Papası XIV Leo Rusiyanın Ukraynada Milad bayramı münasibətilə atəşkəsdən imtina etməsindən məyus olduğunu bildirib və yenidən 24 saatlıq sülhə çağırış edib.

Bu barədə "Vatican News” məlumat yayıb.

"Bir daha bütün xoş niyyətli insanlara müraciət edirəm: heç olmasa Xilaskarın doğum bayramında bir gün sülhə əməl edək”, – XIV Leo tərəflərə müraciət edib.
OXŞAR XƏBƏRLƏR