İtaliyanın "Roma" klubu yeni transferini açıqlayıb.
Bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Verona"nın futbolçusu Daniele Gilardi heyətə cəlb olunub. 22 yaşlı mərkəz müdafiəçisi ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, oyunçu ötən mövsüm A Seriyasında 24 oyunda iştirak edib.