Roza: "Məni dünyaya tanıdan mahnını oxumaq istəmirdim"

Roza: "Məni dünyaya tanıdan mahnını oxumaq istəmirdim"
MAQAZİN
12:46 21.11.2025
137
Populyarlığı Azərbaycan sərhədlərini aşan müğənni Roza Zərgərli Rusiyanın Vostok FM radiosunda aparıcı Rüstəm Əzizovun "Çak Çak şou" verilişində qonaq olub.

AZXEBER.COM xəbər verir ki, veriliş zamanı Roza Zərgərli yaradıcılığı ilə bağlı sualları cavablandırıb.
 
Eləcə də onu bir çox ölkələrə tanıdan məşhur "İstədim" hiti barəsində danışan müğənni xanım bununla bağlı maraqlı açıqlama verib:
 
"Müəlliflər mahnını mənə təqdim edərkən əvvəlcə oxumaq istəmədim. Hətta bunun üçün müxtəlif bəhanələr də uydurdum. Daha sonra müəllifin israrı ilə könülsüz olaraq studiyada yazdırıb və adi video çəkərək, mahnını tiktok platfornasında yayımladım. Ürəksiz yanaşdığım paylaşımın səhəri gün sosial şəbəkədə hədsiz izləndiyini görüncə heyrətləndim".
 
Aysel
OXŞAR XƏBƏRLƏR