Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələyib

Rubio Kuba hökumətini “böyük problemlər”lə hədələyib
DÜNYA
00:42 05.01.2026
184
ABŞ dövlət katibi Marko Rubio Kuba hökumətinin Vaşinqton üçün ciddi problem yaratdığını və onu "böyük çətinliklərin” gözlədiyini bildirib.

Rubio "NBC News" telekanalına müsahibəsində Kubanın ABŞ hakimiyyətinin növbəti hədəfi olub-olmayacağı ilə bağlı suala cavabında deyib ki, Kuba hökuməti böyük problemdir və "onları böyük problemlər gözləyir”.

ABŞ dövlət katibi Vaşinqtonun Havana ilə bağlı atacağı konkret addımları açıqlamaqdan imtina edib.

Bununla belə, o vurğulayıb ki, ABŞ-ın mövcud Kuba hökumətinin tərəfdarı olmadığı heç kim üçün sirr deyil.

/APA
OXŞAR XƏBƏRLƏR