Türkiyənin tanınmış dizayneri Hakan Akkaya Bakıya gəlib.
AZXEBER.COM-un məlumatına görə, dizayner Bakıya biznes-ledi Ruhi Əliyevanın dəvəti ilə gəlib.
Dizaynerin Bakıya gəlməsinin səbəbi isə, ATV-də yayımlanan “Özünə bax” verilişinin finalında iştirak etməkdir.
Veriliş zamanı türkiyəli dizaynerin moda kolleksiyasının nümayiş olunacağı da gözlənilir. H. Akkaya hələ bir neçə gün paytaxtımızın qonağı olacaq.
Qeyd edək ki, stilist bir neçə müddət bundan əvvəl narkotik istifadəsinə görə həbs edilmişdi.