Rus qoşunları Severodonetsk istiqamətində geri çəkildi

Rus qoşunları Severodonetsk istiqamətində geri çəkildi
DÜNYA
09:56 17.05.2022
286
Ukrayna Silahlı Qüvvələri Severodonetsk istiqamətində Sirotino kəndi yaxınlığında rus qoşunlarını sıxışdıraraq çıxarıb. Döyüş əməliyyatları nəticəsində rus qoşunları itki verərək geri çəkilib.

AZXEBER.COM BAKU.WS-ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının operativ məlumatında bildirilib.

Eyni zamanda, Rusiya ordusunun Şərq Əməliyyat Bölgəsində hücumu davam edir.

Qeyd edilib ki, Rusiya Silahlı Qüvvələrinin əsas səyləri Donetsk istiqamətində cəmləşib. Donetsk istiqamətində düşmən minaatanlardan, artilleriyadan atəşə tutmaqda davam edir.
OXŞAR XƏBƏRLƏR