Azxeber.com-un məlumatına görə, ölkə əhalisinin sayı 145 milyondan 142 milyon 900 min nəfərə enib.
Rusiya Statistika Təşkilatının hazırladığı siyahıyaalmanın nəticələrinə görə, ölkə əhalisi 8 il ərzində 1.6 % azalıb.
2002-ci ildəki siyayıyaalmada əhalinin sayı 145 milyon 166 min 700 nəfər göstərilsə də, yeni nəticələr əhalinin 142 milyon 905 min 200 nəfər olduğunu ortaya qoyub. Məlum olub ki, Rusiyanın əhalisi 2 milyon 200 min nəfər azalıb.
Siyahıya görə, ötən il qadınların sayı kişilərə nisbətən artıb. 2002-ci ildə qadınların sayı kişilərdən 9 milyon 956 min nəfər çox idisə, 2010-cu ildə bu rəqəm 10 milyon 515 min nəfər olub.
2010-cu il siyahıyaalmasına görə, ölkədə 66 milyon 205 min kişi və 76 milyon 700 min qadın yaşayır.