“Rusiya Azərbaycanı öz maraqlarından çəkindirməyə çalışır”

“Rusiya Azərbaycanı öz maraqlarından çəkindirməyə çalışır”
SİYASƏT
15:06 17.11.2025
118
Xəbər verdiyimiz kimi, noyabrın 14-nə keçən gecə Rusiya silahlı qüvvələrinin Ukraynanın paytaxtı Kiyevə çoxkombinasiyalı hava hücumu nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinin binasına ciddi ziyan dəyib.

Hərbi-siyasi ekspert Həşim Səhrablı AZXEBER.COM-a açıqıamasında deyib ki, Ukraynada Rusiya tərəfindən Azərbaycana məxsus inzibati və ya strateji binalar hədəf alınması ilk dəfə deyil:

"Ukraynada Rusiyanın raket və ya hava zərbələrindən sonra Azərbaycana məxsus inzibati və ya strateji binalar hədəf alınması ilk dəfə deyil. Bunun təsadüfən baş verdiyini də düşünmürəm. Çünki müasir texnologiyalar, xüsusilə Rusiyanın əlində olan hərbi imkanlar zərbə endiriləcək hədəflərin koordinatlarını, onun ətrafında hansı strateji və ya rəsmi obyektlərin yerləşdiyini əvvəlcədən müəyyən etməyə imkan verir. Rusiya tərəfi də zərbə endirdiyi zaman hara və niyə zərbə vurduğunu çox yaxşı bilir”.

Ekspert deyib ki, Rusiya məqsədyönlü hücumlar həyata keçirir:

"Görünən odur ki, Rusiya tərəfi əvvəlki zərbələrdə olduğu kimi, indi də Azərbaycanın strateji və rəsmi binalarını hədəfə alan məqsədyönlü hücumlar həyata keçirir. Burada yəqin ki, Azərbaycana müəyyən mesaj vermək niyyəti yenidən ön plana çıxır. Bu isə Azərbaycanın son illərdə dünya siyasətində öz mövqeyini möhkəmləndirməsi və milli maraqlarından irəli gələn siyasət yürütməsi ilə bağlıdır”. 

H.Səhrablı deyib ki, Azərbaycan heç zaman öz mövqeyindən dönməyib:

"Əgər Azərbaycan Rusiyanın dikte etdiyi şərtləri qəbul etsə, öz xarici siyasətindən və maraqlarından imtina etsəydi, yəqin ki, Rusiya bu cür zərbələrə əl atmazdı. Deməli, Azərbaycan öz maraqlarını qorumaq, müstəqil xarici siyasət kursunu davam etdirmək üçün bütün imkanlarla mübarizə aparır və Rusiya bunu qəbul etmək istəmir. Xüsusilə də Ukraynada vəziyyətin hər keçən gün Rusiyanın ziyanına dəyişdiyi bir şəraitdə Azərbaycanın Ukrayna ilə münasibətləri kəsməməsi Rusiyanı qıcıqlandırır”.

Ekspert vurğulayıb ki, Rusiya hazırda da anti-Azərbaycan ənənəsinə sadiqdir:

"Cənubi Qafqazda baş verən proseslər də Rusiyanın tarixi ənənəsinə uyğun şəkildə bu gün də anti-Azərbaycan mövqeyində dayanmasına səbəb olur. Nəticədə Rusiya bir növ Azərbaycana təzyiq göstərərək həm öz gücünü nümayiş etdirməyə, həm də Azərbaycanı öz maraqlarından çəkindirməyə məcbur etməyə çalışır. Lakin düşünürəm ki, bu cəhdlər yenə də uğursuz olacaq. Azərbaycan bundan sonra da öz milli maraqlarından çıxış edəcək və beynəlxalq tərəfdaşları vasitəsilə dünya siyasətində öz mövqeyini möhkəmləndirməyə davam edəcək”.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
11:00 11.03.2026
Qəzada ölən şəxsin yaxınları axtarılır - Əlində “Süleyman” yazılmış döymə var
İsraildə həlak olan azərbaycanlının valideyni: "Bilet almışdı ki, evinə gəlsin, gələ bilmədi"
10:41 11.03.2026
İsraildə həlak olan azərbaycanlının valideyni: "Bilet almışdı ki, evinə gəlsin, gələ bilmədi"
"Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq" - İlkin Əhmədov
10:37 11.03.2026
"Deyirdim o "şappa-şupa" oxuyanlar rədd olacaq" - İlkin Əhmədov
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb
10:36 11.03.2026
Naxçıvanda qanunsuz onlayn kazino təşkil edən şəxs saxlanılıb
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib
10:29 11.03.2026
Vaxtından əvvəl doğulmuş azçəkili körpələrə 109 mindən çox tibbi xidmət göstərilib
Gələcəyin təhsil liderləri üçün “Maarifçi” proqramının növbəti mərhələsi başladı
10:27 11.03.2026
Gələcəyin təhsil liderləri üçün “Maarifçi” proqramının növbəti mərhələsi başladı
"Qapıya papaq atmaq olmaz" - Zaur Nəbioğludan irad
10:23 11.03.2026
"Qapıya papaq atmaq olmaz" - Zaur Nəbioğludan irad
Elnur yeni layihə hazırlayır - VİDEO
10:15 11.03.2026
Elnur yeni layihə hazırlayır - VİDEO
Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA
09:59 11.03.2026
Bakı metrosunda yaşanan həyəcanlı anlarla bağlı RƏSMİ AÇIQLAMA
Zabux sakinlərinin nəzərinə! - Müraciətlərin qəbuluna başlanılır
09:52 11.03.2026
Zabux sakinlərinin nəzərinə! - Müraciətlərin qəbuluna başlanılır
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
09:38 11.03.2026
Azərbaycandan keçməklə Ermənistana 1000 tondan çox Rusiya taxılı göndərilir
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
09:16 11.03.2026
Gəncədə "qara bazar"da dəyəri 1,6 milyon manat olan heroin aşkarlandı - VİDEO
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
09:12 11.03.2026
Halit Ergenç və Meryem Uzerli 15 ildən sonra eyni filmdə rola alacaq
İranda “qara yağış” yağdı - Fotolar
09:06 11.03.2026
İranda “qara yağış” yağdı - Fotolar
Bakı metrosunda tüstülənmə oldu
08:57 11.03.2026
Bakı metrosunda tüstülənmə oldu
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
08:51 11.03.2026
Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı