"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün hər şeyi etməyə davam edəcək"

"Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün hər şeyi etməyə davam edəcək"
SİYASƏT
15:32 05.11.2024
189
Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması üçün hər şeyi etməyə davam edəcək.

Bunu Rusiya Prezidenti Vladimir Putin Kremldə xarici ölkə səfirlərinin etimadnamələrini qəbul edərkən bildirib.

Putin qeyd edib ki, Rusiya 2020-2022-ci illərdə də ən yüksək səviyyədə məlum üçtərəfli sazişlərə uyğun olaraq sülh müqaviləsi üzərində işləməyə, dövlət sərhədinin delimitasiyasına, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılmasına yardım göstərməyə davam edəcək.
 
///apa
OXŞAR XƏBƏRLƏR