Rusiya-Gürcüstan sərhədindəki məntəqənin işində çətinlik yaranıb

Rusiya-Gürcüstan sərhədindəki məntəqənin işində çətinlik yaranıb
DÜNYA
18:48 05.08.2024
150
Rusiya-Gürcüstan sərhədindəki "Yuxarı Lars" nəzarət-buraxılış məntəqəsində 4000-dən çox avtomobilin qarşı tərəfə buraxılmasında çətinlik yaranıb.

Buna səbəb Gürcüstanın "Kazbeqi” sərhəd-buraxılış məntəqəsinin işində yaranan ləngimələrdir.

Rusiyanın Federal Təhlükəsizlik Xidməti də məsələyə aydınlıq gətirib. Qurumdan buna səbəbin məntəqədən keçmək istəyən nəqliyyat vasitələrinin sayındakı gözlənilməz artım olduğu açıqlanıb.

Qeyd olunub ki, həmin nəzarət-buraxılış məntəqəsinin buraxılış gücü tələblərə adekvat deyil.
 
///apa
OXŞAR XƏBƏRLƏR