Rusiya ordusu Konstantinivkada supermarketə hücum edib.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb.
Hücum nəticəsində 4 nəfər ölüb, 24 nəfər yaralanıb.
"Dağıntılar altında insanlar var. Xilasetmə işləri davam edir və onları xilas etmək üçün hər şey ediləcək".
Zelenski vurğulayıb ki, dünya Ukraynanın yanında olmağa davam etməlidir.
Qeyd edək ki, Ukraynanın Donetsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Vadim Filaşkin də Rusiya ordusunun Konstantinivkaya artilleriya sistemləri ilə hücuma keçdiyini açıqlayıb.
Mikayıl