Rusiya Premyer Liqasında oyunların vaxtı sanksiyaya görə dəyişdirildi

Rusiya Premyer Liqasında oyunların vaxtı sanksiyaya görə dəyişdirildi
İDMAN
19:38 02.03.2022
351
Futbol üzrə Rusiya Premyer Liqasında XXII turun oyunlarının vaxtı dəyişdirilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə TASS-a "Ural"ın prezidenti Qriqori İvanov məlumat verib. O bildirib ki, Rusiya millisinin martda təlim-məşq toplanışı olmadığından, qarşılaşmalar əvvəlcədən planlaşdırıldığı kimi 19-20 martda gerçəkləşəcək.

Qeyd edək ki, ötən ilin dekabrında Premyer Liqada XXII turun oyunları 3 - 5 marta keçirilib. FIFA və UEFA daha əvvəl Rusiya yığmaları və komandalarını beynəlxalq turnirlərdən kənarlaşdırıb. Yığma bu səbəbdən, DÇ-2022-nin pley-off mərhələsində iştirak edə bilməyəcək.
OXŞAR XƏBƏRLƏR