Rusiya Ukraynada müharibə başlayandan 200-dən çox hərbi pilotunu itirib

Rusiya Ukraynada müharibə başlayandan 200-dən çox hərbi pilotunu itirib
DÜNYA
19:16 21.02.2024
158
Rusiya Ukraynada müharibə başlayandan bəri ən azı 216 hərbi pilotunu itirib.

Bu barədə "BBC news" məlumat yayıb.

Qeyd edilib ki, hər bir pilotun hazırlanması azı 6 il və 3 milyon dollardan çox vəsait tələb edir. Təkcə 2023-cü il ərzində Rusiya ən azı 62 hərbi pilotunu itirib.

Bildirilib ki, daha 13 rusiyalı hərbi pilot 2023-cü ildə Rusiya ərazisində "Vaqner" lideri Yevgeni Priqojinin qiyamı zamanı həlak olub.
OXŞAR XƏBƏRLƏR