Rusiya Ukraynaya raket zərbələri endirdi - Ölən və yaralanan var

Rusiya Ukraynaya raket zərbələri endirdi - Ölən və yaralanan var
DÜNYA
15:18 29.12.2023
189
Rusiya başda Kiyev olmaqla Ukraynanın müxtəlif bölgələrinə intensiv raket hücumu həyata keçirib.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, ölən və yaralananların olduğu bildirilib.
    
Məlumatda deyilir ki, Rusiya bu gün səhər saatlarında Ukraynanın paytaxtı Kiyevə, eləcə də Xarkov, Lvov, Odessa, Zaporojye və Dnepr şəhərlərinə intensiv raket hücumu həyata keçirib.

Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko administrasiyanın sosial media hesabından verdiyi açıqlamada Rusiyanın səhər saatlarında paytaxt Kiyevə raket hücumu təşkil etdiyini, evlərə və avtomobillərə ziyan vurduğunu, anbar binasında yanğın baş verdiyini bildirib.
 
Kiyev meri Vitali Kliçko sosial media hesabındakı paylaşımında Rusiyanın səhər saatlarında həyata keçirdiyi hücumlar nəticəsində Kiyevdə 7 nəfərin yaralandığını, anbar binasında yanğın baş verdiyini və metronun Lukyanivska stansiyasında yanğın baş verdiyini bildirib.
 
Kliçko Kiyevin Şevçenko rayonunda raket hissələrinin düşməsi nəticəsində zədələnən anbarın dağıntıları altında 3 nəfərin qaldığını bildirərək, 3 nəfərin xilas edildiyini, hadisə yerində axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edib. 
 
Ukrayna Daxili İşlər Nazirliyi Kiyevdə 2 nəfərin öldüyünü, 18 nəfərin yaralandığını bildirib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR