Rusiya və Avropa arasındakı gərginlik bütün dünyaya sıçrayır: Münaqişənin nəticəsi necə olacaq?

Rusiya və Avropa arasındakı gərginlik bütün dünyaya sıçrayır: Münaqişənin nəticəsi necə olacaq?
DÜNYA
14:46 14.07.2022
272
Rusiya ilə Avropa arasında gərginlik bütün dünyaya sıçrayır.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Rusiya ilə qərb ölkələri arasındakı gərginlik kosmosda əməkdaşlığı da kəsib. Avropa Kosmik Agentliyi Rusiya ilə Marsa ekspedisiya layihəsini dayandırıb.

Avropa Kosmik Agentliyinin (ESA) Marsda həyat əlamətlərini axtarmaq üçün Rusiyanın Kosmik Agentliyi Rosmocos ilə birlikdə başlatdığı ExoMars Rover layihəsi, Rusiyanın Ukraynaya müdaxiləsi səbəbiylə mart ayında dayandırılmışdı. ESA rəsmiləri tərəfindən verilən açıqlamada ortaqlığın rəsmi olaraq dayandırıldığı bildirilib.

Sosial mediada açıqlama verən ESA-nın prezidenti Yozef Aşbakher ESA idarə heyətinin məsələni müzakirə etmək üçün bir araya gəldiyini və əməkdaşlığın dayandırılmasına səbəb olan Rusiya-Ukrayna müharibəsinin davam etməsi səbəbindən belə bir qərarın alındığını bildirib.
 
Ayşən
OXŞAR XƏBƏRLƏR