Rusiya Xarkovu vurdu - 4 ölü, 20 yaralı var

Rusiya Xarkovu vurdu - 4 ölü, 20 yaralı var
DÜNYA
17:23 19.07.2026
724
Rusiya ordusu Xarkov şəhəri yaxınlığında yerləşən "Novoy Poçtı” poçt terminalına raket zərbəsi endirib.

AZXEBER.COM xəbər verir ki, hücum nəticəsində 4 nəfər ölüb. 

Məlumata görə, 20 nəfər yaralanıb və yaralılardan üçünün vəziyyəti ağırdır.

Hadisə yerində xilasedicilər və polis axtarış-xilasetmə işlərini davam etdirir.

"Novoy Poçtı” şirkəti bildirib ki, terminal gün ərzində üç dəfə vurulub.

Hücum zamanı şirkətin iki əməkdaşı və tərəfdaş şirkətin bir sürücüsü həlak olub.
 
//qafqazinfo 
OXŞAR XƏBƏRLƏR