Rusiya XİN Türkiyə-Suriya normallaşmasını dəstəklədiyini bildirib

Rusiya XİN Türkiyə-Suriya normallaşmasını dəstəklədiyini bildirib
DÜNYA
19:43 09.08.2024
169
Rusiya tərəfi Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.

Bu barədə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

Qeyd olunub ki, rəsmi Moskva tərəfləri normallaşma prosesinə başlanılması üçün tədbirlər görməyə çağırır.

Bəyanatda həmçinin danışıqlar prosesinin irəliləməsinin, eləcə də hər iki ölkənin liderləri arasında görüşün təşkilinin vacibliyi vurğulanıb.
OXŞAR XƏBƏRLƏR