Moskvanın qərbində anbarda kuryerlərin iştirakı ilə baş verən davaya görə 40 miqrantın Rusiyadan çıxarılmasına qərar verilib.
Bu barədə paytaxtın Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, yanvarın sonunda Qvardeyskaya küçəsində kütləvi dava olub və yeddi iştirakçı saxlanılıb. Barəsində inzibati protokollar tərtib edilib, cinayət işi başlanıb.
İstintaq zamanı polis əməkdaşları Ryabinovaya küçəsindəki iri onlayn platformanın ərzaq məhsullarının çatdırılması işçiləri və anbar işçilərinin törətdikləri bir sıra qanun pozuntularını müəyyən ediblər.
Qanunu pozanların hamısı Yandex çatdırılma xidmətində çalışıb.
///BAKU.WS