Rusiyada ayılar stadiona gəlib

MARAQLI
14:29 22.10.2013
1024

Rusiyanın Petropavlovsk-Kamçatski şəhərinin mərkəzində balası ilə dolaşan ayı görünüb.

AZXEBER.COM Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin region üzrə idarəsi xəbər yayıb. Qanun keşikçilərinin məlumatına görə, ayı öz balası ilə hazırda yenidənqurma işlərinin getdiyi “Spartak” stadionunda görünüb. Polisi hadisə yerinə mühafizəçi çağırıb. Polislər maşın siqnalı ilə heyvanları hürkütməyə başlayıblar. Və bu işə yarayıb, ayılar qaçıblar. Öz növbəsində, Kamçatka xilasediciləri yerli sakinləri və regionun qonaqlarını, xüsusilə də meşədə son dərəcə ehtiyatlı olmağa çağırıb. Hazırda ayılar acdırlar və real təhlükə yarada bilərlər.

OXŞAR XƏBƏRLƏR