Rusiyada azərbaycanlı 72 yaşlı qadını döyərək qarət edib

KRİMİNAL
14:53 01.11.2013
2451

Rusiya Daxili İşlər Nazirliyinin Yol Hərəkəti Təhlükəsizliyi Dövlət Müfəttişliyinin (DİN YHTDM) Yevrey muxtar vilayəti üzrə İdarəsinin əməkdaşları yaşlı qadını qarət etməkdə şübhəli bilinən şəxsi yaxalayıblar. Bu, 1977-ci il təvəllüdlü azərbaycanlı olub.

AZXEBER.COM  “Komsomolskaya Pravda”ya istinadən xəbər verir ki, DİN-in region üzrə növbətçi hissəsinə 72 yaşlı qadına hücum və qarət edilməsi barədə məlumat daxil olub.Məlumata görə, polisə zərərçəkənin bacısı xəbər verib. O bildirib ki, cani bacısına hücum edərək onu vurub və qarət edib. Hadisə yerinə istintaq-əməliyyat qrupu göndərilib. Zərərçəkən şok vəziyyətində xəstəxanaya yerləşdirilib.O, polisə bildirib ki, bu gün səhər saatlarında evin qapısı döyülüb. Qadın qapını açan kimi naməlum şəxs tərəfindən üz nahiyəsindən zərbə alıb. Cani yerə yıxılan qadını təpikləyib və qiymətli əşyalar axtarmağa başlayıb. Həmyerlimiz mobil telefon və 2 min rubl məbləğində pul götürərək hadisə yerindən qaçıb və qadını polisə xəbər verməməsi üçün hədələyib.Lakin o çox uzağa qaça bilməyib, qonşu mikrorayonda yaxalanıb. Hazırda faktla bağlı əməliyyat-istintaq tədbirləri görülür.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb