Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların saxlanılması ilə bağlı araşdırmalar davam etdirilir.
AZXEBER.COM Lent.aza istinadən xəbər verir ki, istintaq çərçivəsində Azərbaycan diasporu ilə əlaqəsi olan şəxslər dindirilir. Əvvəllər qalmaqalların mərkəzində olan "Baku Plaza” ticarət mərkəzində də axtarışlar aparılıb.
Regional İstintaq Komitəsinin və Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətlərinin bəyanatlarına görə, Rusiya Milli Qvardiyasının iştirakı ilə birgə tədbirlər keçirilib. Əvvəlki illərin cinayətlərini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb, axtarışlar aparılıb. Saxlanılan şəxslərin digər cinayətlərdə iştiraklarının müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. İstintaqın maraqları baxımından işin təfərrüatları hələlik açıqlanmır.
Qeyd edək ki, Yekaterinburq şəhərində keçirilən əməliyyat zamanı onlarla azərbaycanlı saxlanılıb. Ölənlərin sayı beşə çatıb.