Rusiyanın Tuva Respublikasındakı İstilik Elektrik Stansiyasında (İES) baş verən partlayışda ölənlərin sayı 18-ə çatıb. 6 nəfərin vəziyyəti ağırdır.
Bu barədə Tuva Respublikasının rəhbəri Vladislav Xovalıq bildirib.
"Hazırda 18 nəfər xəstəxanaya yerləşdirilib. 6 nəfərin vəziyyəti ağır, 9 nəfərin vəziyyəti orta-ağırdır. Daha 3 nəfərin vəziyyəti qənaətbəxşdir. Bütün zərərçəkənlər respublika xəstəxanalarına çatdırılır. Qalan üç nəfərin axtarışları davam edir”, - deyə Xovalıq qeyd edib.
Məlumata görə, Şaqonarskaya İES-də dörd qazanxananın heç biri zədələnməyib və işlək vəziyyətdədir. Ümumilikdə istilik elektrik stansiyası şəhərdə 60-a yaxın evə xidmət göstərir.
Qeyd edək ki, martın 6-da səhər saatlarında Şaqonar şəhərindəki istilik elektrik stansiyasında partlayış baş verib. Fövqəladə Hallar Nazirliyinin rayon baş idarəsindən verilən məlumata görə, qazanxanada yanğın və güclü tüstülənmə barədə məlumat daxil olub. Yanğın 50 kvadratmetr ərazini əhatə edib.