Rusiyada yaşayan azərbaycanlılara daha bir xəbər

Rusiyada yaşayan azərbaycanlılara daha bir xəbər
DÜNYA
01:29 21.01.2026
1146
"Rusiyada xarici vətəndaşlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq və yalnız xarici pasportlarla açılmasına icazə vermək lazımdır".

Bunu Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiyaya Qarşı Mübarizə Komitəsi sədrinin birinci müavini Andrey Luqovoy deyib:

"Miqrantlar üçün bank hesablarının sayını məhdudlaşdırmaq zəruridir. Xarici vətəndaşlar bir bankdan və yalnız bir hesabdan istifadə etməlidir. Onlar hazırda Rusiya banklarında hesablarını öz ölkələrinin daxili şəxsiyyət vəsiqəsindən istifadə edərək açırlar".

Onun fikrincə, banklar belə vacib prosesləri yalnız beynəlxalq pasportlar vasitəsilə həyata keçirməlidir.
 
/Oxu.az

OXŞAR XƏBƏRLƏR