"Finlandiya və İsveç NATO üzvü olsalar, o zaman bu ərazilər Rusiya ordusu tərəfindən hücuma məruz qala bilər".
AZXEBER.COM xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
Açıqlamaya görə, alyans hərbi bölmələri də NATO-da yerləşdirilərsə, Rusiyanın hücum etməsi istisna olmayacaq.