Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə propan göndərilib
İQTİSADİYYAT
11:55 24.08.2026
202
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, çəkisi 242 ton olan 7 vaqondan ibarət propan Biləcəri stansiyasından yola salınıb.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 50 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1172 ton propan, 133 ton alüminium , 1114 ton kömür və 67 ton taxta göndərilib.

Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 benzini ixrac olunub.
OXŞAR XƏBƏRLƏR