Rusiyalı dissident tarixi məhbus mübadiləsindən danışdı: "Öləcəyimə əmin idim"

Rusiyalı dissident tarixi məhbus mübadiləsindən danışdı: "Öləcəyimə əmin idim"
DÜNYA
15:43 06.08.2024
139
Rusiyalı siyasətçi, dissident Vladimir Kara-Murza Qərblə Rusiya arasında tarixi məhbus mübadiləsindən danışıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, rusiyalı dissident bu barədə Böyük Britaniyanın BBC telekanalına müsahibə verib.
 
Rusiyalı dissident bildirib ki, mühafizəçilər onu köçürmək üçün Omsk şəhərindəki kamerasına daxil olanda öldürüləcəyini düşünüb.
 
Kara-Murza 2022-ci ilin aprelindən bəri ailəsini görmədiyini və nəhayət onlara qovuşmasının onu çox sevindirdiyini bildirib. 

Arıqlığı ilə diqqət çəkən 42 yaşlı siyasətçi stressdən arıqladığını söyləyərək "Sürreal bir vəziyyətdir, sanki film izləyirəm, amma yaxşı filmdir. Mən Putinin həbsxanasında mütləq öləcəyimə əmin idim”.
 
Kara-Murza Ukrayna müharibəsini tənqid etdiyinə görə "vətənə xəyanət" ittihamı ilə 25 il müddətinə azadlıqdan məhrum edilib.
 
Rusiyada siyasi məhbusa verilən ən uzun həbs cəzasını alan Kara-Murza son aylarda həbsxanada dünyasını dəyişən dissident Aleksey Navalnidən sonra Putinin növbəti hədəfi kimi göründüyü deyib.

2015 və 2017-ci illərdə zəhərlənmə şübhəsi ilə iki dəfə xəstəxanaya yerləşdirilən Vladimir Kara-Murza bildirib ki, sentyabrda onu müayinə edən həbsxana həkimi "ən yaxşı halda 18 ay yaşayacaqsan” deyib.

"Əgər ümidsizliyə tab gətirsək, onlara tam olaraq istədiklərini verəcəyik. Ölən yoldaşlarımız qarşısında əsas borcumuz işimizi əvvəlkindən daha böyük fədakarlıqla davam etdirməkdir", - Kara-Murza deyib.

Xatırladaq ki, ABŞ, Almaniya, Polşa, Sloveniya, Norveç, Rusiya və Belarus həbsxanalarında saxlanılan 26 nəfərin Milli Kəşfiyyat Təşkilatı (MİT) vasitəsilə qarşılıqlı mübadiləsini əhatə edən mübadilə əməliyyatı avqustun 1-də başa çatıb.

Əməliyyat çərçivəsində Rusiya həbsxanalarında saxlanılan 16 nəfər azad edilib, Qərb ölkələrindəki həbsxanalarda olan 8 nəfər isə Rusiyaya geri göndərilib.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR